Kürdəmirdə minik avtomobili motosikletlə toqquşdu,


Digərləri 22 İyn 2018 17:20:31 304 0

Kürdəmirdə minik avtomobili motosikletlə toqquşdu,

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb. 

Belə ki, "Hyundai" markalı minik avtomobili "Muravey" markalı motosikletlə toqquşub. Nəticədə motosikletdə olan Kürdəmir rayonunun Aran qəsəbəsinin sakinləri - sürücü, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmov və sərnişini, 1959-cu il təvəllüdlü Şakir Əlmusa oğlu Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.