Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı razılıq əldə olunub (ÖZƏL)


Digərləri 22 İyn 2018 17:08:25 249 0

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı razılıq əldə olunub (ÖZƏL)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər.

Bakı. Ləman Zeynalova, Elçin Mehdiyev - Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub: “Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin