Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Minsk qrupunun səylərinin gücləndirilməsi vacibdir


Digərləri 22 İyn 2018 16:51:00 219 0

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Minsk qrupunun səylərinin gücləndirilməsi vacibdir

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Minsk qrupunun səylərinin gücləndirilməsi vacibdir.

Bakı. İyunun 22-də Azərbaycanın Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb. Baş nazir N.Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşməkdən məmnunluğunu bildirib. Hazırda beynəlxalq vəziyyətin qeyri-sabit olmasının narahatlıq doğurduğunu deyən Baş nazir vurğulayıb ki, belə görüşlər qlobal vəziyyətlə bağlı proqnozlar barədə müzakirələr aparmağa imkan verir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə sadiq qalaraq Avropa İttifaqı ilə sıx əməkdaşlıq həyata keçirdiyini bildirən N.Məmmədov bu münasibətlərin bariz nümunəsi kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu qeyd edib. Görüşdə Azərbaycanın Avropa və Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi rolu da vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldən Baş nazir problemin ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.