Azərbaycanlı səfirin oğlu həbs edildi FOTO


Kriminal 22 İyn 2018 16:42:00 288 0

Azərbaycanlı səfirin oğlu həbs edildi  FOTO

Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə fontanka.ru portalı məlumat yayıb.

Mənbəyə əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu "Toyota Camry" avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti") maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Virtualaz.org xəbər verir ki, Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.