Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: "Bu vəhşiliyi hər kəs görsün" VİDEO


Digərləri 22 İyn 2018 16:30:06 290 0

Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: "Bu vəhşiliyi hər kəs görsün"  VİDEO

Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar:    DYP əməkdaşları ilə sürücü arasında əlbəyaxa davanın əks olunduğu yeni görüntülər ortaya çıxıb.    Son.az xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a göndərdiyi video-görüntü Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində lentə alınıb. Görüntülərdə DYP əməkdaşları sürücünü tutaraq ona zor tədbiq edirlər. Yol polisinin əməkdaşları sürücünün üst geyimindən tutaraq zorla maşına mindirməyə çalışsalar da, sürücü onlardan yaxa qurtarmağa çalışıb.    Maraqlı olan bir digər məqam isə görüntüləri lentə alan şəxsin Bakıya gələn xarici turistlərdən biri olmasıdır. Çəkiliş zamanı o "bu vəhşilikdir və bunu hər kəs görməlidir" deyə öz fikrini bildirir.    Həmin görüntüləri təqdim edirik: