İnam Kərimov kombayn çatışmazlığının səbəbini açıqladı


Digərləri 22 İyn 2018 16:32:00 274 0

İnam Kərimov kombayn çatışmazlığının səbəbini açıqladı

Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika   "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların  sayının artırılmasına ehtiyac var".

Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib.