İcra nümayəndəsi: "Malqaranın ayıların hücumuna məruz qalmasında sakinlər günahkardır"


Digərləri 22 İyn 2018 16:36:00 204 0

İcra nümayəndəsi: "Malqaranın ayıların hücumuna məruz qalmasında sakinlər günahkardır"

Şəki rayonu Baş Zəyzid kəndinə ayılar hücum etməyib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Zəyzid kəndi üzrə icra nümayəndəsi Ariz Əhmədov deyib.

İcra nümayəndəsi bildirib ki, mal-qaranın ayıların hücumuna məruz qalması sakinlərin səhlənkarlığının nəticəsidir: "Sakinlər heyvanları yiyəsiz buraxırlar. Bizim kəndin əsas örüş yeri də dağlıq ərazidir. Heyvanlar sahibsiz qalanda meşəyə gedir və meşədə də ayıların hücumuna məruz qalır. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıqlar olunsa da, məhəl qoyan yoxdur".