PSV Eindhoven-in yeni baş məşqçisi məlumdur


İdman 22 İyn 2018 16:37:00 274 0

PSV Eindhoven-in yeni baş məşqçisi məlumdur

PSV-nin yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, bu posta Mark van Bommel təyin olunub. O, Fenerbahçe-yə gedən Filip Kokunu əvəzləyib. 41 yaşlı mütəxəsis 3 illik müqaviləyə imza atıb.

Van Bommel hazırda Avstraliya millisinin məşqçilər korpusunda yer alır. O, Bert van Mayveykin köməkçisidir. Futbolçu kimi Van Bommel 1999-2005-ci illərdə PSV Eindhoven-in şərəfini qoruyub. O, 2012-ci ildə bu kluba qayıdıb və karyerasını da burda başa vurub.