Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi qeyd olunub (FOTO)


Digərləri 22 İyn 2018 16:32:00 214 0

Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi qeyd olunub (FOTO)

“N” saylı hərbi hissədə Milli Ordunun yaranmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bakı. Binəqədi rayonunda Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun yaranmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissə komandirinin müavini polkovnik-leytenant Zabil Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissəsinin zabit və əsgər heyəti iştirak edib. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi E.Aslanov tədbiri açıq elan edərək son illər ərzində Azərbaycanın hərbi potensialını xeyli artdığını, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıqların gətirildiyini və hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib. Çıxış edən polkovnik-leytenant Z.Əliyev ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin son illər sürətlə inkişaf ediyini, bu gün ordu quruculuğunun dövlət başçısının diqqət mərkəzində olduğunu bildirib