Mbappe Fransanın tarixinə düşdü


İdman 22 İyn 2018 16:18:00 307 0

Mbappe Fransanın tarixinə düşdü

Kilian Mbappe Fransa millisinin tarixinə düşüb.

Goal.az-ın xəbərinə görə, DÇ-2018-in 2-ci turunda Peru ilə oyunda komandasına qələbə qazandıran hücumçu Fransa millisinin heyətində qol vuran ən gənc futbolçu olub.

Mbappe 19 yaş 183 günlüyündə bu rekorda imza atıb. Buna qədər isə bu rekord David Trezegeyə məxsus idi. O, DÇ-1998-də millinin heyətində 20 yaş 246 günlüyündə qol vurub.