Səfər Əbiyevin müavini bəraət istədi


Digərləri 22 İyn 2018 16:09:00 239 0

Səfər Əbiyevin müavini bəraət istədi

Ali Məhkəmədə sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovla bağlı qərar verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə, həmçinin M.Səlimovun vəzifədə olarkən mənimsədiyi və dövlətə məxsus olan 1,2 milyon manatın geri qaytarmasına qərar verib.