Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək


Digərləri 22 İyn 2018 15:51:24 170 0

Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək

Tədbir iyunun 23-də Dənizkənarı Milli Parkda baş tutacaq

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektiviAzərbaycan ordusunun 100 illik yubileyi münasibətilə konsert proqramı ilə çıxış edəcək.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir iyunun 23-də saat 17:00-dan 21:00-dək Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı geniş meydanda) baş tutacaq.