Zərgər: "Bir kiloqram qızıldan xəncər hazırlamışam" FOTO


Digərləri 22 İyn 2018 15:46:00 551 0

Zərgər: "Bir kiloqram qızıldan xəncər hazırlamışam"  FOTO

O, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Zərgərlik fakültəsini bitirib

Anar Əhmədov zərgərdir.. A.Əhmədov həmçinin "ABAD"çıdır. 

Son.az Anar Əhmədovun report-a müsahibəsini təqdim edir:

- Neçə ildir bu sənətlə məşğulsunuz?

- Həyatımın 30 ilini zərgərliyə həsr etmişəm. Hələ tələbə olarkən "Spartak" adlı sexdə işləməyə başlamışam. Artıq 4 ildir AR loqosu ilə fəaliyyət göstəririk.

- Zərgərlik məmulatları necə hazırlanır? Öncə nədən başlamaq lazımdır? 

- Əvvəl ideya yaranır, sonra isə həmin ideya əsasında hazırlanacaq məhsulun eskizini çəkirəm və üzərində işləyirəm. Növbəti mərhələdə isə eskiz əsasında məhsulu hazırlamağa başlayıram. Əgər məhsuldan bir neçə ədəd lazım olsa, o zaman onun qəlibini çıxarırıq. Bir ədəd sifariş olunarsa, əl ilə hazırlayıram.

- Bu sənətin çətin tərəfi nədir?

- Artıq texniki cəhətdən çətin gələn məqam yoxdur. Bütün metallarla işləyirəm. Möhkəmliyi və tutumuna görə qızılla işləmək daha rahatdır, gümüş isə yumşaqdır. Çətinlik odur ki, "kaprizli" müştərilərimiz çox olur. Əsasən də qadınlarla işləmək o qədər də asan deyil. 

- Əsas müştəriləriniz kimlərdir? 

- Biz qapalı formada işləyirik, yəni öz müştərilərimiz var. Sifarişçilərin kimliyini isə gizli saxlayırıq. Onlar arasında tanınmış şəxslər çox olur.

- Onlar arasında sənət adamları da varmı?