"Argentinanı komanda adlandırmaq olmaz"


İdman 22 İyn 2018 15:30:00 283 0

"Argentinanı komanda adlandırmaq olmaz"

Argentina millisinin keçmiş üzvü, 1978-ci ilin dünya çempionu Mario Kempes həmyerlilərinin Xorvatiya ilə qarşılaşmasını “utancverici tamaşa” adlandırıb.

Goal.az xəbər verir ki, O Argentina millisinin dünya çempionatı ilə vidalaşmağa çox yaxın olduğunu hesab edir:"Mən güman edirdim ki, İslandiya ilə heç–heçədən sonra komandamız toparlanacaq, növbəti oyunda qələbəni qeyd edəcəyik. Amma böyük bir sürprizlə qarşılaşdıq. Xorvatlarla görüş daha pis oldu. Bu, biabırçılıq idi".Keçmiş dünya çempionu Leonel Messi ilə Dieqo Maradonanın müqayisə edilməsini mümkünsüz sayır: ”Onları müqayisə etmək ağılsızlıqdır. Ümumiyyətlə, ayrı-ayrı dövrlərin futbolçularını müqayisə etmək doğru deyil. Mən 1978-ci ildə dünya çempionu olmuşam. Maradona isə bu titula 1986-cı ildə layiq görülüb. Messinin belə bir titulu yoxdur. İndiki Argentina millisini komanda adlandırmaq çətindir. Messinin burada dostları çoxdur. Amma onun tərəfdaşlarını görmürəm. Hansı səbəbdən İkardi milliyə çağırılmayıb? Bunu bilmirəm. Onun kənarda qalması məni hirsləndirir.”