Türk müğənnilərin Azərbaycandakı milyonluq biznesləri FOTO


Digərləri 22 İyn 2018 15:28:00 915 0

Türk müğənnilərin Azərbaycandakı milyonluq biznesləri  FOTO

Türkiyəli məşhurlar üçün Azərbaycan sadəcə istirahət və ya konsert vermək üçün deyil, həmçinin, biznes qurmaq üçün əlverişlidir

Türkiyəli məşhurlar üçün Azərbaycan, sadəcə, istirahət və ya konsert vermək üçün deyil, həmçinin biznes qurmaq üçün əlverişlidir.

Son.az minval.info-ya istinadla bildirir ki, Türkiyədən fərqli olaraq vergilərin daha az olması, dünya bazarına çıxış üçün ilk addım ola biləcək Bakıda türk sənətçilərin öz bizneslərini inkişaf etdirmələrinə şərait yaradıb.

Şirkətinin Bakıda filialını açıb, işlərini böyüdən Türkiyəli məşhurlardan biri gözəl aktrisa Tuba Büyüküstündür. Aktrisanın ailəsi ilə birlikdə "Baykon" və "İstron" adlı iki tərəzi sistemləri şirkəti var. Bu şirkətlər müxtəlif texnologiyalar istehsal etməklə yanaşı, ən kiçik yüklərdən böyük tırlara qədər çəki ölçmək xidməti göstərir. "Baykan" şirkətinin Azərbaycanda, Qazaxıstan və Qırğızıstanda filialları var, əsasən, hava limanlarında yüklərin çəkisinin ölçülməsinə xidmət edir.

Bir ayağı Azərbaycanda olan, bu yaxınlarda Şəkidən ev almaq arzusunda olduğunu dilə gətirən müğənni Petek Dinçözün hələ ki şirkəti olmasa da, o bu arzudadır. Oğlu İrfan Aslanın dünyaya gəlməsindən sonra musiqi dünyasından müəyyən qədər uzaqlaşan Dinçöz Bakıda şirkət açmaq arzusunu özü dilə gətirib.


Xəbərə aid fotolar