Avstraliyalı futbolçu dünya çempionatı ilə erkən vidalaşdı


İdman 22 İyn 2018 15:08:00 345 0

Avstraliyalı futbolçu dünya çempionatı ilə erkən vidalaşdı

Daha bir futbolçu Rusiyada təşkil olunmuş dünya çempionatı ilə erkən vidalaşıb. Goal.az xəbər verir ki, söhbət Avstraliya yığmasının hücumçusu Endryu Nabbutdan gedir. O, ötən gün Danimarka ilə oyunda aldığı zədə səbəbindən bir daha mundialda meydana çıxa bilməyəcək.

Bunu komandanın baş məşqçisi Bert van Marveyk açıqlayıb.Nabbut 1:1 hesabıyla başa çatan Danimarka ilə qarşılaşmanın ikinci hissəsində zədələnmişdi. Tibbi müayinədən sonra onun ciddi zədə aldığı müəyyənləşib.