Əfqanıstanda taliblər 4 nəfəri öldürüb,


Dünya 22 İyn 2018 14:52:00 239 0

Əfqanıstanda taliblər 4 nəfəri öldürüb,

Bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib

Əfqanıstanda yol-tikinti işləri zaman "Taliban"la təhlükəsizlik əməkdaşları arasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, əyalətdə yol-tikinti şirkətinin 33 əməkdaşı terrorçu qruplaşmanın üzvləri tərəfindən qaçırılıb. Oğurlananlardan 20-si şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndis-texniki heyətin işçilərdir.