Ağsu dolaylarında yol çökdü


Digərləri 22 İyn 2018 14:40:00 330 0

Ağsu dolaylarında yol çökdü

Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib.

Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.

Xatırladaq ki, Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib.