Sampaolinin istefası federasiyaya milyonlara başa gələ bilər


İdman 22 İyn 2018 14:13:00 291 0

Sampaolinin istefası federasiyaya milyonlara başa gələ bilər

Argentinanın dünya çempionatına uğursuz startı baş məşqçi Xorxe Sampaolinin istefasını gündəmə gətirib. Artıq futbolçuların onun rəhbərliyi altında oynamaq istəmədiyi barədə xəbərlər yayılır. Goal.az xəbər verir ki, federasiya Sampaolinin müqaviləsini pozacağı halda ona 20 milyon avro təzminat ödəməlidir. 2017-ci ildə Edqardo Bausanı əvəzləyən mütəxəsisin müqaviləsi 2022-ci il dünya çempionatına qədərdir.

Argentina mundialın qrup mərhələsində son matçını iyunun 26-sı Nigeriya millisinə qarşı keçirəcək.