Bundan sonra ölkəyə gətirilən qida məhsulları risk əsaslı yoxlamadan keçiriləcək


Digərləri 22 İyn 2018 13:57:00 335 0

Bundan sonra ölkəyə gətirilən qida məhsulları risk əsaslı yoxlamadan keçiriləcək

Emal olunmuş qida məhsulları ölkəyə gətirilərkən aparılan ekspertizanın nəticələrinə uyğun sertifikatlaşdırılacaq.

Bu barədə Son.az-a açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək.