Hesablama Palatasına Maliyyə Nazirliyinin məlumat bazasına çıxış imkanı yaradılacaq


Digərləri 22 İyn 2018 13:40:52 323 0

Hesablama Palatasına Maliyyə Nazirliyinin məlumat bazasına çıxış imkanı yaradılacaq

“Maliyyə Nazirliyi olaraq biz Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını müsbət qiymətləndiririk

Maliyyə Nazirliyi olaraq biz Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını müsbət qiymətləndiririk. Dövlət büdcəsinin icrası üzərində nəzarətin təkmilləşdirilməsi və həyata keçirilməsi şəffaflığı artırır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət,  sənaye  və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycanda audit məsələlərinə xüsusi yanaşma mövcuddur.