Argentinalı futbolçular Nigeriya ilə oyuna yeni məşqçi istəyir


İdman 22 İyn 2018 13:33:00 262 0

Argentinalı futbolçular Nigeriya ilə oyuna yeni məşqçi istəyir

Argentina millisinin futbolçuları Rusiyadakı dünya çempionatında Nigeriya ilə keçirəcəkləri III tur matçında komandaya başqa məşqçinin təyin olunmasını xahiş ediblər. 

Goal.az xəbər verir ki, oyunçular qrupdakı son tur qarşılaşmasında baş məşqçi Xorxe Sampaolinin yığmaya rəhbərlik etməsini istəmirlər. Onlar komandanın sükanı arxasında Sampaolinin köməkçisinin olmasını arzulayırlar. Nigeriya ilə qarşılaşma iyunun 26-da Sankt-Peterburqda təşkil olunacaq. 

Qeyd edək ki, Argentina yığması DÇ-2018-in II turunda Xorvatiyaya 0:3 hesabı ilə uduzub. Hazırda bu komanda D qrupunda 1 xalla 3-cü pillədədir. 

Argentina futbol Federasiyası Sampaolini istefaya göndərsə, 20 milyon təzminat ödəməli olacaq.