Yaşıllıq salmağın da tərzi var


Digərləri 22 İyn 2018 13:21:00 269 0

Yaşıllıq salmağın da tərzi var

Hər hansı ərazidə yaşıllıq salmaq istəyən insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəkləri zaman onlara ağacların əkilməsi üçün pulsuz olaraq tinglər veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə yaşıllıqların salınması üçün sakinlərin nazirliyə fərdi şəkildə deyil, qrup şəklində müraciət etməsi lazımdır, müraciətlərin qəbuluna payız aylarından başlanılması nəzərdə tutulur.

U.Tağıyeva bildirib ki, bir necə dəfə ağacları kəsmək istəyən sahibkarların onları süni şəkildə qurutması ilə bağlı hallar qeydə alınıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ağacın kəsilməsi ilə bağlı dəyən zərər 1000 manatı keçdiyi halda, bu, artıq cinayət tərkibli əməl sayılır və bununla bağlı iş ETSN tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilir.