Ərəstun Mehdiyev: "Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir"


Siyasət 22 İyn 2018 13:26:00 146 0

Ərəstun Mehdiyev: "Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir"

Bu gün Azərbaycan Ordusu qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə – torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir

Bu gün Azərbaycan Ordusu qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə - torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

Ə.Mehdiyev bildirib ki, qısa bir dövr ərzində yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub: "Bu mirasdan danışarkən qeyd etmək lazımdır ki, əsas məsələlərdən biri də 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılması idi. Bu gün biz ordunun yubileyi ərəfəsindəyik və bir neçə gün sonra 100 illiyi təntənəli şəkildə qeyd edəcəyik".

PA rəsmisi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə Milli Ordu yaratmağa nail oldu:

"Bütün çətinliklərə baxmayaraq, ordu quruculuğu prosesində böyük nailiyyətlər əldə olunmuşdu və o dövrdə qazanılan ənənələr, hərbi təcrübə sonrakı illərdə, o cümlədən müasir tariximizdə öz sözünü dedi və biz həmin dövrün təcrübəsindən bəhrələnərək sonrakı dövrdə də ordu quruculuğu məsələsində böyük vəzifələrin həllinə nail ola bilmişik. Vaxtilə ulu öndər Heydər Əliyevin səyləri ilə yaradılan hərbi məktəblər, o cümlədən Cəmşid Naxçıvanskı adına hərbi məktəb və Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil alması 1991-ci ildə müstəqillik əldə etdiyimizdən sonrakı dövrdə, əlbəttə ki, yeni Milli Ordumuzun formalaşmasına öz böyük töhfəsini verdi".

Ə.Mehdiyev deyib ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət sayəsində ulu öndərin bizə miras qoyduğu orduya böyük diqqət göstərilir: "Ordumuz artıq dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən bütün tapşırıqlara hazır, eyni zamanda, hərbi-texniki baxımdan təchiz olunmuş ordularından biridir və qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə - torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir".

"Hər gün ağlayır, köpək kimi içirdim" like
  • 22 İyn 13:25  
Digərləri "Hər gün ağlayır, köpək kimi içirdim"

Hazırda "Hollywood Vampires" rok-qrupunun tərkibində dünya qastrol

arrow Ətraflı
Suraxanıda evdən 5 min manat və 2 min dollar dəyərində qızıl əşyalar oğurlanıb like
  • 22 İyn 13:23  
Digərləri Suraxanıda evdən 5 min manat və 2 min dollar dəyərində qızıl əşyalar oğurlanıb

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Mirzəyev saxlanıl

arrow Ətraflı
Yaşıllıq salmağın da tərzi var like
  • 22 İyn 13:21  
Digərləri Yaşıllıq salmağın da tərzi var

Hər hansı ərazidə yaşıllıq salmaq istəyən insanlar Ekologiya və Təbii

arrow Ətraflı
Dünya çempionatında avtoqola görə ölümlə hədələndi like
  • 22 İyn 13:16  
İdman Dünya çempionatında avtoqola görə ölümlə hədələndi

Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya

arrow Ətraflı
Sabahın havası: like
  • 22 İyn 13:09  
Digərləri Sabahın havası:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Ötən ay 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub like
  • 22 İyn 13:07  
Digərləri Ötən ay 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub

May ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan m

arrow Ətraflı
4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadın məhkəmə zalında həbs edildi like
  • 22 İyn 13:07  
Digərləri 4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadın məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan sağlam

arrow Ətraflı
Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb like
  • 22 İyn 13:06  
Dünya Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb

Bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib

arrow Ətraflı
"Yad dini ideologiyaların təsirinə məruz qalaraq ölənlər şəhid sayılmır" like
  • 22 İyn 13:06  
Digərləri "Yad dini ideologiyaların təsirinə məruz qalaraq ölənlər şəhid sayılmır"

Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları dö

arrow Ətraflı
Hacı Nuranın ağciyərində şiş tapılıb like
  • 22 İyn 13:05  
Digərləri Hacı Nuranın ağciyərində şiş tapılıb

Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji

arrow Ətraflı
Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb like
  • 22 İyn 13:04  
Digərləri Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsind

arrow Ətraflı
Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı like
  • 22 İyn 13:04  
Siyasət Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı

Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə ba

arrow Ətraflı