Azərbaycanda “Hesablama Palatası haqqında” qanunun təkmilləşdirilməsi təklif olunur


İqtisadiyyat 22 İyn 2018 13:12:47 335 0

Azərbaycanda “Hesablama Palatası haqqında” qanunun təkmilləşdirilməsi təklif olunur

Bu təkliflə millət vəkili Ziyad Səmədzadə çıxış edib

“Hesablama Palatası haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var”.

“Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Ziyad Səmədzadə deyib.

“Qanunda dövlət büdcəsi haqqında heç nə deyilmir. Halbuki, Hesablama Palatasının maliyyə təminatının büdcədən olduğu qeyd edilməlidir. Bundan başqa, Palata sorğular göndərməklə dövlət qurmlardan və bələdiyyələrdən kağız və elektron formada sənədlər alır. Bu siyahıya fiziki və hüquqi şəxslər də əlavə edilməlidir”.