Milyonlar mənimsəyən Emin Zeynalovun saxlanmasının bəzi


Digərləri 22 İyn 2018 13:03:00 283 0

Milyonlar mənimsəyən Emin Zeynalovun saxlanmasının bəzi

"Günay Bank"ın keçmiş sədr müavini Emin Zeynalovun saxlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan E. Zeynalovun əslində bankdan 3 milyon manat vəsait mənimsədiyi bildirilir. Məlumata görə, E. Zeynalov bankdan 3 milyon manat mənimsədiyi üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.

Əldə olunan digər məlumatlara görə, E. Zeynalov, əslində, "qara bazar"da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin "qeyri-leqal pul dövriyyəsi sxemi" qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Onun vəsaitini mənimsədikləri arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir.

Mətbuatda E. Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb. E. Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmin müraciət əsasında E. Zeynalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub.

Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən E. Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir.

Bununla belə, E. Zeynalovun bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar həm "Günay Bank", həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur.