Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı


Siyasət 22 İyn 2018 13:04:00 326 0

Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı

Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır

.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir:

"Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir".