4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadın məhkəmə zalında həbs edildi


Digərləri 22 İyn 2018 13:07:00 295 0

4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadın məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L. İsrafilova son söz deyib. O, günahsız olduğunu, cinayət törətmədiyini deyib: "Uşağın ölümündə günahım yoxdur. Mən bu məsələdə günahsız olduğumu sübut edəcəm".

Sonra hökm oxunub.

Hökmə əsasən, L. İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.