Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb


Digərləri 22 İyn 2018 13:04:00 232 0

Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 29,3 faizi Rusiya, 22 faizi Gürcüstan, 12,1 faizi İran, 11,3 faizi Türkiyə, 4,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,8 faizi İraq, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,8 faizini kişilər, 32,2 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 17,6 faizi yanvar, 15,8 faizi fevral, 26,2 faizi mart, 20,7 faizi aprel, 19,7 faizi isə may ayında ölkəyə gəlib.