SOCAR dövlət büdcəsindən subsidiya alacaq


Digərləri 22 İyn 2018 12:54:00 276 0

SOCAR dövlət büdcəsindən subsidiya alacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 963,2 milyon manat subsidiya alacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu məbləğdən 663,2 milyon manatı "Ümid", "Qarabağ" və "Babək" neft yataqlarında qazma işləri üçün istifadə olunacaq.