Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur (FOTO)


Digərləri 22 İyn 2018 12:29:32 266 0

Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur (FOTO)

Bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb.

Bakı. Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.