Yaşıllıq salmaq istəyənlərə ETSN pulsuz tinglər verəcək


Digərləri 22 İyn 2018 12:13:00 299 0

Yaşıllıq salmaq istəyənlərə ETSN pulsuz tinglər verəcək

Hər hansı ərazidə yaşıllıq salmaq istəyən insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəkləri zaman onlara ağacların əkilməsi üçün pulsuz olaraq tinglər veriləcək.

Bakı. İlhamə İsabalayeva - Hər hansı ərazidə yaşıllıq salmaq istəyən insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəkləri zaman onlara ağacların əkilməsi üçün pulsuz olaraq tinglər veriləcək. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bu gün keçirdikləri mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə yaşıllıqların salınması üçün sakinlərin nazirliyə fərdi şəkildə deyil, qrup şəklində müraciət etməsi lazımdır, müraciətlərin qəbuluna payız aylarından başlanılması nəzərdə tutulur. U.Tağıyeva bildirib ki, bir necə dəfə ağacları kəsmək istəyən sahibkarların onları süni şəkildə qurutması ilə bağlı hallar qeydə alınıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.