“Messi təkbaşına heç nə edə bilməz”


İdman 22 İyn 2018 11:32:00 285 0

“Messi təkbaşına heç nə edə bilməz”

Xorvatiya – Argentina (3:0) qarşılaşmasından sonra bütün diqqətlər Messinin üzərinə yönəlib.

Mütəxəssislər bu qarşılaşmanı şərh edərkən, ilk növbədə, argentinalıların kapitanından danışırlar.

Goal.az xəbər verir ki, Xorvatiya yığmasının kapitanı Luka Modriç də argentinalıların darmadağın olunduğu oyundan danışıb: “Biz əla oynadıq. Çalışırdıq ki, Messiyə top çatmasın. Buna nail olduq. Birinci topu Argentinanın qapıçısı Kabaleronun kobud səhvindən sonra vurduq. İdeal oyun göstərdik. İlk baxışdan bu qələbə asan görünə bilər. Əslində isə belə deyil. Biz bu qələbəyə layiq idik. Argentina millisinə qalib gəlməklə pley-off mərhələsinə adladıq. Qarşımıza qoyulan əsas tapşırığın öhdəsindən gəldik. Növbəti oyunlara hazırlaşmalıyıq. Messi əvəzsiz futbolçudur. Lakin o, təkbaşına heç nə edə bilməz. Oyun zamanı komanda yoldaşların tərəfindən dəstəklənmək çox vacibdir".