"Bölgələrdən bölgələrə" yaradıcılıq festivalına start verilir


Digərləri 22 İyn 2018 11:39:00 308 0

"Bölgələrdən bölgələrə" yaradıcılıq festivalına start verilir

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” başlığı altında "Bölgələrdən bölgələrə" adlı yaradıcılıq festivalı keçiriləcək.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” başlığı altında "Bölgələrdən bölgələrə" adlı yaradıcılıq festivalı keçiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Festival çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq. Festivalın yay mövsümündə keçirilməsi ölkəyə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq.