Qarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb


Dünya 22 İyn 2018 11:23:00 238 0

Qarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.

Son.az report-a istinadən xəbər verir ki, o, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvüdür.

Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

Qeyd edək ki, A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezdenti, 30 günlük baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının üzvüdür.