BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalandı (FOTO)


Digərləri 22 İyn 2018 11:22:00 297 0

BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalandı (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) və BANM arasındakı əməkdaşlığın reallaşdırılması məqsədilə Cenevrəyə səfər edib.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) və BANM arasındakı əməkdaşlığın reallaşdırılması məqsədilə Cenevrəyə səfər edib. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin irəli sürdüyü bu əməkdaşlıq təşəbbüsü UNITAR tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə on beş nəfər Nigeriyalı tələbənin 2018 - 2022-ci tədris illəri müddətində BANM-da bakalavr dərəcəsi üzrə BMT-nın ayırdığı təqüdlərin hesabına təhsil almasını nəzərdə tutur. Bu məqsədlə iyunun 19-da BMT-nin Cenevrə Bölməsinin yerləşdiyi Millətlər Sarayında BANM-ın rektoru Elmar Qasımov və UNITAR-ın icraçı direktoru, BMT-nin baş katibinin müavini Nikhil Set tərəfindən UNITAR ilə BANM arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. İmzalanma mərasimində ölkəmizin Cenevrədəki daimi nümayəndəsi səfir Vaqif Sadıqov, Nigeriyanın daimi nümayəndəsi səfir Audu Kadiri, BANM-ın prorektoru Rəşad Həsənov, UNITAR-ın proqram rəhbəri Aleksandr Mexiya və ölkəmizin Cenevrədəki daimi nümayəndəliyində attaşe Cavid Sadıqov iştirak ediblər.