Mühəndis Qoşunlarının təlimi keçirilir


Digərləri 22 İyn 2018 11:14:00 317 0

Mühəndis Qoşunlarının təlimi keçirilir

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirir.

Son.az APA-ya istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarətdir. Təlim zamanı əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib.

Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.

Sonra 3 təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib: - 1 nömrəli təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi;  - 2 nömrəli təlim nöqtəsində mühəndis-istehkam, maneələğvetmə və mühəndis-yol bölmələri tərəfindən mühəndis təminatı tapşırıqlarının praktiki yerinə yetirilməsi; - 3 nömrəli təlim nöqtəsində isə ponton-körpü bölüyünün su maneələri üzərindən bölmələrin keçirilməsi.