Mühəndis-İstehkam Qoşunları təlim keçirib (FOTO/VİDEO)


Digərləri 22 İyn 2018 11:16:00 330 0

Mühəndis-İstehkam Qoşunları təlim keçirib (FOTO/VİDEO)

Mühəndis-İstehkam Qoşunlarının hissə və bölmələri taktiki-xüsusi təlim keçirib.

Bakı. Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Mühəndis-İstehkam Qoşunlarının hissə və bölmələri taktiki-xüsusi təlim keçirib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarətdir. Təlim zamanı əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib. Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib. Sonra 3 təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib: - 1 nömrəli təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi;