Azarkeşlər baş məşqçiyə su şüşəsi atdılar


İdman 22 İyn 2018 10:36:00 266 0

Azarkeşlər baş məşqçiyə su şüşəsi atdılar

Narazı azarkeşlər Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci turu çərçivəsində Xorvatiya yığması ilə oyunda Argentinanın baş məşqçisi Xorxe Sampaoliyə su şüşəsi atıblar.

Goal.az xəbər verir ki, məşqçinin xəsarət alıb-almadığı qeyd edilmir. Xorvatiya bu qarşılaşmada Amerika təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

Bu məğlubiyyətdən sonra Argentina komandası turnirin pley-off mərhələsinə çıxmaq üçün şanslarını xeyli çətinləşdirib. Sampaolinin yetirmələri dünya çempionatının ilk görüşündə İslandiya yığmasından 1:1 hesablı bərabərliklə ayrılıblar.

Argentina yığması mundialın qrup mərhələsində Nigeriyaya qarşı oynayacaq. Qarşılaşma iyunun 26-da baş tutacaq.