Bakıda Abbas Mirzə Qacarın qılıncı nümayiş etdiriləcək


Digərləri 22 İyn 2018 10:36:00 274 0

Bakıda Abbas Mirzə Qacarın qılıncı nümayiş etdiriləcək

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Ordum varsa, yurdum var!” sərgisində şahzadə Abbas Mirzə Qacara (1789-1833) məxsusluğu ehtimal edilən qılınc nümayiş olunacaq.

Bakı. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Ordum varsa, yurdum var!” sərgisində şahzadə Abbas Mirzə Qacara (1789-1833) məxsusluğu ehtimal edilən qılınc nümayiş olunacaq. Muzeydən Trend-ə verilən məlumata görə, 2017-ci ildə qılıncın hazırki sahibi Yusif Bağırzadə muzeyə dəmir silahın istehsal dövrünün müəyyən edilməsi ilə bağlı müraciət edib. Muzeyin şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədov qılıncın strukturu və xüsusiyyətlərini nəzərə alaraq onun XIX əsrin əvvəllərinə aid parad silahı olmasını müəyyən edib. Həmçinin S.Əhmədovun tövsiyəsi ilə Y.Bağırzadə eksponatın dəqiq və hərtərəfli ekspertizası üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyinə müraciət edib.