Əmircan sakinində 1 kq-dan artıq heroin aşkarlanıb


Digərləri 22 İyn 2018 10:39:50 226 0

Əmircan sakinində 1 kq-dan artıq heroin aşkarlanıb

Daxili işlər orqanları tərəfindən saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb.

Bakı. Daxili işlər orqanları tərəfindən saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çəkisi 1 kiloqram 102 qrama yaxın narkotik vasitə olan heroin götürülüb. Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb.