Bakıda avtomobil tuneldən keçən sərxoş piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 22 İyn 2018 10:20:00 269 0

Bakıda avtomobil tuneldən keçən sərxoş piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Sürücü saxlanılıb

Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, təxminən 50-55 yaşlı, şəxsiyyəti məlum olmayankişi "Bağırov körpüsü" kimi tanınan körpünün altında, nəqliyyat vasitələrininsürət həddinin saatda 90 km olduğu yerdən bir neçə dəfə yolu keçərək avtomobillərə mane olub. Sürücülər bu hərəkətinə görə ona bir neçə dəfəirad tutub. Buna baxmayaraq, həmin şəxsyolun digər tərəfinə yenidən keçərkən onu 1944-cü il təvəllüdlü Əliyev Tofiq Mahmud oğlunun idarə etdiyi 90-VA-050 dövlət qeydiyyat nişanlı "Ford Edge" markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Qəza ilə bağlı prospektdə sıxlıq yaranıb.

Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev və Nərimanov RPİ-nin əməkdaşları cəlb edilib. Ərazidə avtotexniki ekspertiza təyin edilib. İlkin ehtimala görə, piyada sərxoş olub.

Qəzanı törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə saxlanılıb.

Foto: Ruslan Məmmədov