“Azərişıq” “Facebook” və “Instagram” vasitəsi ilə xidmətlərini daha da asanlaşdırır


İqtisadiyyat 22 İyn 2018 10:22:42 344 0

“Azərişıq” “Facebook” və “Instagram” vasitəsi ilə xidmətlərini daha da asanlaşdırır

Qurum adı çəkilən sosial şəbəkələrdə yeni səhifələr açıb

Abunəçilərə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN “xidmət” vasitəsi ilə həyata keçirilən işlərin operativliyi məqsədi ilə “Azərişıq” ASC-ninsosial şəbəklərdə yeni səhifələri fəaliyyətə başlayıb.

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin "Facebook"da və "Instagram"da "Azerishiq.az” adlı səhifələri yaradılıb. Bu səhifələrdə“Azərişığ”ın "ASAN “xidmət” vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər yer alacaq.

"Bir sözlə sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs “Azərişığ”ın sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər. Qurumun Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin yaratdığı səhifələrdə yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək", - deyə o, qeyd edib.