Messili Argentinanın "qara" ümidi FOTO


Dünya 22 İyn 2018 09:53:00 322 0

Messili Argentinanın "qara" ümidi  FOTO

Rusiyada keçirilən dünya çempionatı  Argentina millisi üçün qorxulu yuxuya dönüb. İlk matçında favoriti olduğu matçda gözlənilmədən İslandiya ilə bərabərə qalan Argentinaya ikinci şok dünən axşam xorvatlardan gəldi.

Messili Argentina millisi gözlənilənlərdən aşağı səviyyədə oynadıqları oyunda qapısında 3 cavabsız top gördü. Hazırda argentinalı azarkeşlərin növbəti mərhələ şansları afrikalıların əlindədir. Belə ki, həmin qrupda bugün keçiriləcək Nigeriya-İslandiya matçında bütün Argentina afrikalıların qələbə qazanması üçün dua edəcək.

Oyunun ən yaxşısı seçilən Modriçli Xorvatiyanın Argentinanı darmadağın etdikləri matçdan görüntüləri təqdim edirik: