Azərbaycanda ezamiyyə xərclərinin normaları artırılıb


Digərləri 22 İyn 2018 09:48:00 446 0

Azərbaycanda ezamiyyə xərclərinin normaları artırılıb

Azərbaycanda ezamiyyə xərclərinin normaları artırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarında dəyişikliyə əsasən ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qədər artırılıb.