İyulun 3-də bəzi rayonlarda buraxılış imtahanları keçiriləcək


Digərləri 22 İyn 2018 09:26:00 337 0

İyulun 3-də bəzi rayonlarda buraxılış imtahanları keçiriləcək

İyulun 3-də bəzi rayonlarda buraxılış imtahanları keçiriləcək

Bakı. İlhamə İsabalayeva - İyulun 3-də bəzi rayonlarda buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanlar Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) baş tutacaq.