Market satıcısı firma işçiləri tərəfindən döyülüb


Kriminal 22 İyn 2018 08:31:00 299 0

Market satıcısı firma işçiləri tərəfindən döyülüb

Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Bülbül prospektində baş verib.

Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. 

Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.