Yeni nəsil F35 döyüş təyyarəsi Türkiyə HHQnə təhvil verildi


Dünya 22 İyn 2018 08:34:00 322 0

Yeni nəsil F35 döyüş təyyarəsi Türkiyə HHQnə təhvil verildi

Yeni nəsil F-35 döyüş təyyarəsi Türkiyə HHQ-nə təhvil verildi, bu haqda cümə axşamı Türkiyə mətbuatına istinadən Trend xəbər verir.

Son.az Trend-ə istinadən bildirir ki, F-35 qırıcı təyyarələrinin təhvil verilmə mərasimi istehsalçı Lokid Martin-in Fort Urtda yerləşən zavodunda keçirildi.

İlk iki təyyarə gələn ilin iyul ayında 13 Türkiyə HHQ-nin pilotun və 225 texniki servis komandasının təlimi üçün Arizonada yerləşən hərbi bazaya gedəcək. İlk F-35 təyyarəsi Türkiyəyə 2019-cu ilin noyabr ayında çatmalıdır.