Gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb


Digərləri 22 İyn 2018 08:38:00 304 0

Gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb

Yunan universiteti nəzdində fəaliyyət göstərən optik-elektron texnologiyalar üzrə tədqiqat mərkəzi tərəfindən hazırlanmış yeni fotoelektron çip gələcəkdə zəif işıqlandırma və kontrast şəraitində görüntünü yüksəltmək məqsədilə eynək, mobil telefon və digər yığcam cihazlara quraşdırıla bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda peşəkar gecəgörmə cihazları böyük ölçülü və bahalıdır, adətən hərbi və elmi sahələrdə istifadə olunur. Belə cihazların mülki təyinatlı portativ avadanlıqda tətbiqi mümkün deyil.