Bakıda piyada keçidindən istifadə etməyən yaşlı kişini avtomobil vurub


Digərləri 22 İyn 2018 08:19:00 359 0

Bakıda piyada keçidindən istifadə etməyən yaşlı kişini avtomobil vurub

Bakıda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda baş verib.

Ziya Bünyadov prospektində 1965-ci il təvəllüdlü Sadıqov Etibar Tofiq oğlu yerüstü piyada keçidinin altından yolun əks tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub.

Nəticədə piyada ağır xəsarət alıb. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.